2 C
Baku
Saturday, December 14, 2024

Ümumi şöbənin Aparıcı Mütəxəssisi – Bank BTB ASC

Bank “BTB” ASC Hüquq və təşkilati işlər departamenti, Ümumi şöbənin aparıcı mütəxəssisi vəzifəsinə  işə qəbul elan edir.

Ümumi şöbənin Aparıcı Mütəxəssisi

İş barədə məlumat:

1. Bankda kargüzarlıq və arxiv işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirir;
2. Bankın Baş ofis və filiallarından təhvil-təslim aktı əsasında arxivə saxlanmağa verilən sənədləri qəbul edir;
4. Hər bir sənədin növünü, tarixini üzlüklərin üzərində qeydiyyatını aparır;
6. Nömrələnmə əsasında kompüterdə xüsusi proqrama yazır;
7. Baş ofis və filiallardan gələn sorğulara cavab verir;
8. Baş ofis və filiallardan arxivə saxlanmağa təhvil verilən sənədlərin əsli sorğu olunduqda, tələbnamə əsasında sənədin əslini aktlaşdırılmış şəkildə təhvil verir və sənədlərin surətini müvafiq qovluqlara yığır;
9. Filiallardan daxil olan sorğulara müvafiq olaraq tələbnamə əsasında qovluqları  filiala göndərir;
10. Saxlanma müddəti bitən sənədləri müvafiq akt əsasında ləğvini həyata keçirir;
11. Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətlərin və departament direktoru, şöbə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

 Ali təhsil;
 Arxiv sahəsində 3 il iş təcrübəsi;
 Kargüzarlığın arxiv Təlimatlarına uyğun aparılması;
 Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
 Müvafiq kompüter proqramları ilə işləmək bacarığış

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31.08.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər