7 C
Baku
Thursday, December 12, 2024

Bitcoin bazar kapitalizasiyasına görə PayPal şirkətini üstələyib

Banker.az xəbər verir ki, Bitcoin kapitalizasiyası tarixində ilk dəfə nəhəng ödəniş şirkəti olan PayPal-un 70 milyard dollar səviyyəsində olan kapitalizasiyasını geridə qoyub.

Coinmarketcap-ın verdiyi məlumatda qeyd edilir ki, bazar ertəsi axşam saatlarında Bitcoin rəqəmsal valyutasının bazar kapitalizasiyası 71 milyard dollar təşkil edib. Bu müsbət göstərici Bitcoin valyutasının artımı üçün növbəti səbəb ola bilər.

Bununla belə, bu gün ilk kriptovalyuta öz rekordunu yeniləyib və 4300 dollar göstəricisinə çataraq dünyanın aparıcı KİV-nin diqqətini özünə cəlb edib.

Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər Bitcoin 320% artıb, onun kapitalizasiyası isə son həftələr ərzində 15 milyard dollar yüksəlib.

Son xəbərlər
Digər xəbərlər