Hazırda Bitcoin beşinci artım dalğasındadır ki, bunun da çərçivəsində rəqəmsal valyutanın məzənnəsi qısa müddət ərzində 4827 dollar həddinə çata bilər.
Banker.az CNBC nəşrinə istinadən xəbər verir ki, bu proqnozu Goldman Sachs analitiki Şeba Cafari verib.
Lakin artım dalğasından dərhal sonra korreksiya dövrü başlayacaq ki, nəticədə də Bitcoin-in qiyməti 2221 dollara qədər enəcək.
CoinDesk məlumatına görə, bazar ertəsi günü Bitcoin rekord göstərici hesab olunan 4,348.23 dollar səviyyəsinə qədər qalxdı. Bu o deməkdir ki, kriptovalyutanın Cafari-nin haqqında bəhs etdiyi maksimum göstəriciyə çatması üçün cəmi 11%-i çatışmır.
Digər analitiklər də həmçinin belə bir fikrə sahibdirlər ki, Bitcoin məzənnəsi yaxın illər ərzində bir neçə on min dollar göstəricisinə çata bilər. İnvestorların rəqəmsal valyutaya qarşı artan maraqlarının bu valyutanın məzənnəsinin qəfil artımına gətirib çıxaracağı gözlənilir.