1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bank ictimaiyyəti daha bir vacib mövzunu müzakirə edir

15 avqust 2017-ci il tarixində prudensial qaydaların müzakirəsinə dair Azərbaycan Banklar Assosiasiyası ( ABA) ilə banklar arasında görüş keçirilib. Bu barədə Banker.az- ABA-dan bildirilir.

Görüş zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” və “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın son layihəsinə dair bankların rəy və təklifləri müzakirə edilib.IMG 9731

Qeyd edək ki, bankların rəy və təklifləri nəzərə alınıb, müəyyən dəyişikliklər aparıldıqdan sonra qaydaların Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər