Banker.az xəbər verir ki, Strategy Analytics araşdırmasına görə, iPhone 7 və 7 Plus 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən dünyanın ən populyar smartfonları olub.
Ekspertlərin məlumatlarına görə, aprel ayından iyun ayına qədər olan dövr ərzində 16,9 milyon iPhone 7 və 15,1 milyon 7 Plus smartfonu satılıb. Qeyd edilir ki, iPhone 7 bu günə qədər buraxılan Apple smartfonları arasında ən populyar modeldir.
iPhone smartfonunun ardınca 10,2 milyon və 9 milyon ədəd buraxılan Samsung Galaxy S8 və S8+ smartfonları gəlir. İlk beşliyi isə 5,5 milyon satılmış nümunə ilə Xiaomi Redmi 4A tamamlayır.
Strategy Analytics-in icraçı direktoru Neil Mawston qeyd edib ki, Galaxy S8 cəlbedici dizaynı, əla proqram təminatı və onlarla ölkədə ən yaxşı pərakəndə şəbəkəsinə görə dünyanın ən populyar Android smartfonu adını qazanıb.