Keçirilmiş sorğulara görə, Ağ Ev iqtisadiyyat müşaviri Gary Cohn FED sədri Janet Yellenin yerinə göstərilən ən real namizədlərin önündə gəlir.
18 iyul və 2 avqust tarixlərində keçirilən sorğu anketinə əsasən, 176 nəfər iqtisadçının sadəcə 17%-i Yellenin ikinci dəfə sədrliyə seçiləcəyini bildirib.
Sədrliyə yeni bir adın gəlməsini gözləyən iqtisadçıların 49%-i Gary Cohnun sədrliyə gəlməsini ən mümkün variant hesab ediblər.
Qeyd edək ki, Bloomberg-in keçirdiyi sorğunun nəticəsi də eyni olub. Burada da Gary Cohn siyahıda lider olub.