9 C
Baku
Thursday, December 12, 2024

Vyanada neftlə bağlı mühüm müzakirələr keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri avqustun 21-də Avstriyanın paytaxtı Vyanada görüşəcək. OPEC üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri avqustun 25-dək neft hasilatının azaldılması üzrə sazişi nəzərdən keçirəcəklər.

OPEC+ ölkələrin nümayəndələrinin bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması sazişi üzrə öhdəliyə əməl edilmə faizini artırmağın yollarını müzakirə etmələri gözlənilir.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.

Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda isə 793,7 min barel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

MənbəSİA.az
Son xəbərlər
Digər xəbərlər