Müştərilərlə Əlaqələr üzrə Mütəxəssis
Öhdəliklər:
• Abonentlərin zənglərinin qəbulu
• Telefon vasitəsi ilə müştərilərə məsləhətlər verilməsi
• Elektron poçtu və sosial şəbəkələr vasitəsi ilə müştərilərlə yazışmalar
• Xidmətlərin seçilməsində müştərilərə köməklik göstərilməsi
• Məlumatlar bazası ilə iş
Tələblər:
• Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili biliyinə üstünlük verilir);
• Kompüter proqramlarını bilmək;
• Ünsiyyətcillik, fəallıq, işgüzarlıq;
• Müştərilərin xidmət səviyyəsindən razı qalmasına və xidmət keyfiyyətinin korporativ standartlara uyğunluğuna görə cavabdehlik;
• Sürətlə öyrənmək və öz biliklərini təkmilləşdirmək qabiliyyəti;
• Analitik qabiliyyət;
• Dəyişkən iş qrafiki – tam iş günü və ya qismən məşğulluq (gündüz / axşam növbəsi) ;
• Münaqişələrdən qaçmaq;
• Komandada işləmək bacarığı;
• Savadlı nitq və səlis tələffüs;
• Dəqiqlik;
• Nəzakətlilik;
• Bank sahəsində iş və Çağrı Mərkəzinin əməkdaşı qismində təcrübəyə üstünlük verilir.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.