Loyallıq və Məqsədyönlü Marketinq üzrə Menecer
Əsas vəzifə və öhdəliklər:
• Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz, modellərin hazırlanması və eyni zamanda mürəkkəb təhlillərin aparılması: həssaslıq analizi, proqnozlaşdırma, bəzi məhsul və xidmətlərin qiymətinin digərləri üzərində təsirinin monitorinqi və yenidən baxılması, istehlak səbətinin təhlili və s.
• Müştəri məlumatlarının təhlili və interpretasiyası, müştəri davranış tendensiyalarının aşkarı nəticəsində əldə edilən məlumatlara əsaslananaraq növbəti ən yaxşı məhsulun öncədən təxmin olunması ilə bağlı təhlilin aparılması
• Şirkətin mövcud məhsul və xidmət portfelindən yüksək mənfəət əldə olunması və müştəri yönümlü olmasını təmin etmək üçün data analizlərə əsaslanan uygunlaşdırma təklif paketinin hazırlanmasına nəzarət
• Hədəf marketinq və loyallıq sahələrində yerli bazardakı dinamik tendensiyaların monitorinqi və təhlili, eləcə də rəqiblərin performanslarının şirkətə təsirinin qiymətləndirilməsi
• Abunəçi bazasının seqmentasiyası, mikro/nano-seqmentasiyası,müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması və qorunması, istifadənin stimullaşdırılması, loyallıq proqramlarının inkişafı, yuxarı və çarpaz satış kampaniyalarının reallaşdırılması
• Analitik və statistik modellər sayəsində seqment qrupların ehtiyaclarını anlama, hər qrupun ehtiyaclarına uyğun məhsulun yaradılması və konsept testinin reallaşması
• Həyata keçirilən bütün kampaniya nəticələrinin: müştəri qoruma, əldə olunan gəlir, istifadə və digər müəyyən olunmuş parametrlər üzrə monitorinqi, investisiyaların geri dönümünün dəyərləndirilməsi
• Yeni məhsul və xidmətlərə dair biznes keyslərin hazırlanması, yeni məhsulların fizibilite analizləri, qiymətlərinin müəyyən edilməsi və mövcud məhsulların inkişaf etdirilməsi
• Müştəri axını və qoruma strateqiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
• Telesatış heyətinin müştəri axınının qorunması, telesatışın yuxarı və çarpaz satışı üçün seqmentasiya modelinə və əməliyyatlar planına müvafiq olaraq fəaliyyətlərinin icrasının koordinasiyasına edilməsi
• Müvafiq hesabatların hazırlanması
Tələb olunan təhsil və iş təcrübəsi:
• Hesabatlar/Tədqiqat/Telekommunikasiya, FMCG və ya Maliyyə təhlili sahəsində 5 ildən artıq iş təcrübəsi
• İdarəetmə üzrə 3-4 il iş təcrübəsi
• İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Komputer elmləri, Komputer mühəndisliyi və ya ekvivalent sahələr üzrə Ali təhsil (MSc və ya MBA üstünlük hesab edilir)
• Telekommunikasiya, FMCG və Maliyyə sahələrində biznes analitikası, hesabatlar və ya data baza toplanması, data modelləşdirmə və ya proqnozlaşdırma, istehlakçı analitikası üzrə 2 ildən artıq iş təcrübəsi
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Strukturlu və metodoloji düşünmə qabiliyyəti
• Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
• Biznes sualların birbaşa data analizlərlə təhlili və nəticənin təqdimatı
• Yüksək dəqiqlik və detallara diqqət yetirmə
• Gərgin iş şəraitində işləmə imkanı
• Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
• Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
• Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır
• SPSS/STATA/WEKA/R- statistik proqramaları və SQL və Python proqramlaşdırma dili üzrə biliklər üstünlük hesab edilir
• MS Office proqramlarını mükəmməl bilmək
• Müxtəlif və mürəkkəb məlumat toplusundan biznes yönümlü təhlillərin aparılması və nəticəni aydın izah etmə bacarığı
• Qeyri- iş saatlarında işləmə imkanı
• İdarəetmə qabiliyyəti
Əlavə məlumat:
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 12/09/2017
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda Loyallıq və Məqsədyönlü Marketinq üzrə Menecer qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.