13 C
Baku
Friday, November 22, 2024

Nağd kredit ya kredit kartı – hansı sərfəlidir?

Həm nağd kreditlərini, həm də kredit kartlarını bir cəhət birləşdirir – kreditləşmənin bu hər iki növü ehtiyac yarandıqda borcalanı daimi pul vəsaitləri ilə təmin edir. Lakin ortaq cəhətlər elə bununla da bitir.

Nağd kreditləri və kredit kartları hədəfsiz kreditlərə aiddir. Başqa sözlə desək, bank daha sonradan bu pulları nəyə xərclədiyinizlə bağlı maraqlanmayacaq və hesabat tələb etməyəcək. Bunun əksinə olaraq isə məsələn, təmir kreditləri zamanı bank vəsaitlərin nəyə xərcləndiyi barədə maraqlanır və həmçinin alınan məhsulların qəbzini də tələb edir.

Nağd kreditlər ilə kredit kartlarının müqayisə etsək görərik ki, qaydalara əsasən kredit kartını ehtiyat üçün üzərimizdə gəzdirmək çox rahatdır və kiçik ödənişlər zamanı istifadə olunur. Nağd kreditlər isə əksinə olaraq, böyük həcmdə olan ödənişləri həyata keçirmək üçün əldə edilir.

Bütün bunlar bu kredit təkliflərinin özünə məxsus xüsusiyyətləri ilə izah edilir. Kredit kartlarından pul çıxarılmadıqda heç bir faizlər yığılmır, buna görə də kredit kartınız lazımı anı gözləyərək illərlə pul qabınızda rahat qala bilər. Həmçinin güzəşt müddətindən istifadə edərək, xərclədiyiniz məbləği vaxtında karta geri oturtmaqla faizsiz alış-veriş edə bilərsiniz.

Nağd kreditlərində isə vəziyyət bir qədər başqadır. Borcalanın əldə etdiyi vəsaitləri xərcləyib xərclmədiyindən asılı olmayaraq hər ay ödəniş etməlidir. Buna görə də, adətən nağd kreditlər əvvəlcədən müəyyən olunmuş böyük həcmli ödəniş üçün əldə edilir.

Bununla yanaşı kartla verilən kreditlərdə faizlər nağd kreditlər ilə müqayisədə nisbətən aşağı olur.

Karların ən əsas üstünlüyü onların daşınmasının daha rahatlığıdır. Məsələn xaricə səfər edərkən, üzərinizdə arzuladığınız qədər nağd vəsait daşıya bilməzsiniz. Amma kredit kartında nə qədər vəsaitinizin olmasını sorğu-sual edən olmayacaq. MasterCard və ya Visa ilə dəstəklənən kredit kartını dünyanın hər yerində rahat istifadə edə biləcəksiniz.

Lakin sizə nağd vəsait lazımdırsa, onda kredit kartı rəsmiləşdirib ondan pul çıxarmaq haqqında düşünməyin. Belə halda itkiləriniz daha çox olacaq, məsələn karta görə xidmət haqqı, nağdlaşdırma faizi və bankdan asılı olaraq digər şərlər və tələblər.

Hər iki halda kreditlərinizi bank filialına yaxınlaşmadan onlayn (internet vasitəsi ilə) plastik kartdan istifadə etməklə və ya ödəniş terminallarına (MilliÖn, eManat) nağd pul daxil etməklə və bankların özlərinin bankomatları və ödəniş terminalları ilə ödəmək mümkündür. Təbii ki, bu seçim bankın sizə təqdim etdiyi xidmət çeşidindən asılıdır.

Nağd kreditlərin əldə edilməsi ilə kredit kartının əldə edilməsi demək olar ki, eyni bir zaman tələb edir, bu adətən yarım saat ərzində baş verir. Lakin bəzi banklar hətta bu müddətdən az bir zamanda da müştərini razı sala bilir.

Son xəbərlər
Digər xəbərlər