7 C
Baku
Thursday, December 12, 2024

Müştəri Xidməti departamentinin “Korporativ müştərilərə xidmət şöbəsi”nin rəisi  – Rabitəbank

ƏSAS VƏZİFƏLƏRİ

 

Ø  Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;

Ø  Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək;

Ø  İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək;

Ø  Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;

Ø  Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;

Ø  Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.

 

TƏLƏBLƏR

 

Ø  Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);

Ø  Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;

Ø  Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;

Ø  Rəhbərlik və idarəetmə bacarığı;

Ø  Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

Ø  Analitik düşüncəyə malik olmalı;

Ø Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;

Ø  Yüksək kommunikasiya və təqdim etmə bacarığı;

Ø  Yaradıcı və təşəbbüskar olmalı;

Ø  Komandada işləmək bacarığı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər