1 C
Baku
Saturday, December 14, 2024

Nəyə görə fasiləsiz görülən iş fayda vermir?

Fasiləsiz iş insanın sözün əsl mənasında mənəvi və psixoloji çökməsinə səbəb ola bilər. Araşdırmalara əsasən, hər hansı bir tapşırığı bütün fikri toplayaraq 1,5 saatdan artıq müddətdə icra etdikdə beynimizin gücü tükənir. Bu səbəbdən də, hər 1,5 saatdan bir 10-30 dəqiqəlik fasilə etmək mütləqdir.

Alimlər belə təyin edib ki, yaradıcı ideyaların 40%-i biz rahat vəziyyətdə olduqda, beynimiz isə sanki avtopilot rejimində işlədikdə yaranır. Bununla belə, şüuraltımız və dərin düşüncəmiz aktivləşir. Məhz buna görə işdən müəyyən müddətlik uzaqlaşdıqdan sonra daha məhsuldar olursunuz və cari tapşırıq üzərinə güc və maraqlı ideyalarla zəngin qayıdırsınız.

Özünüzə fasilə vermək üçün güc tapın:

Müasir dünya bizə belə bir fikri aşılayır ki, qiymətli zamanımızı istirahətə sərf edə bilmərik. Cəmiyyətin gözündə bu tənbəllik və kontrməhsuldarlıq əlaməti kimi görünür. Kütləniz arxasıyca getməyin…

Özünüzü hər şeydən uzaqlaşmağa məcbur edin:

Telefonunuzu söndürün, soyuq duş qəbul edin, təmiz havada gəzin, idman ilə məşğul olun. Əgər iş yerinizi tərk edə bilmirsinizsə fikrinizi işdən yayındıracaq bir işlə məşğul olun və yaxud sadəcə təbiətin səsini dinləyin.

Fəaliyyət növünü dəyişməyi istirahət ilə səhv salmayın:

Bir işdən digərinə keçməklə istirahət etmiş olmursunuz. Bunu qısa zaman kəsiyi ərzində etmək olar, lakin bütün iş günü boyunca deyil. Sizə tam istirahət lazımdır.

Gününüzü iş və istirahət saatlarına bölün:

Çətin tapşırıqların gününüzü korlamasına imkan verməyin. Onlar üçün müəyyən zaman təyin edin, fasilə zamanı ərzində isə onlar haqqında unutmağa çalışın. Bununla hər gününüzü məhsuldar edəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər