15 C
Baku
Friday, October 3, 2025

Yoluxmuş yumurtalara dünyanın 45 ölkəsində rast gəlinib

Toyuq yumurtalarında fipronil maddəsinin izlərinə Avropa İttifaqının əksər ölkələri də daxil olmaqla dünyanın 45 ölkəsində rast gəlinib.

Banker.az xəbər verir ki, bu yaxınlarda baş qaldıran “yumurta qalmaqalı” Aİ-na daxil olan cəmi iki ölkəyə – Xorvatiya və Litvaya toxunmayıb. Pestisidli yumurtalar həmçinin Kanada və Asiya, Afrika və Yaxın Şərqdə 19 ölkədə aşkar edilib.

Qeyd edək ki, Aİ-na üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri 5 sentyabr tarixində Tallində qalmaqalın nəticələrinini və zəhərli maddə ilə yoluxmuş yumurtaların yayılmasının qarşısının alınması tədbirlərini müzakirə edib. Aİ ölkələrində toyuq yumurtalarında fipronil maddəsi aşkar edildikdən sonra yüzlərlə ferma bağlandı, kütləvi şəkildə tərkibində bu maddə olan toyuq, tonlarla yumurta satışdan geri götürülərək məhv edildi.

“İnsan sağlamlığı üçün risk çox böyük olmasa da, bu cinayət fəaliyyətinin nəticələri istehlakçıların etibarına ciddi təsir edib” – deyə sağlamlığın qorunması ilə bağlı məsələlər üzrə Avropa komissarı Vitenis Andryukaytis bildirib.

Son xəbərlər
Digər xəbərlər