Banker.az xəbər verir ki, Z/Yen Group analitik şirkətinin qlobal “The Global Financial Centres Index” (GFCI) araşdırmasına görə, Böyük Britaniya paytaxtı London ölkənin Aİ tərkibindən çıxması (Brexit) prosesinin başlamasına baxmayaraq, 2017-ci ildə də ən cəlbedici beynəlxalq maliyyə mərkəzi olaraq qalır.
Bazar ertəsi nəşr edilən hesabata əsasən, London şəhəri 2017-ci ildə də öz liderliyini qoruyaraq Nyu-York, Honqkonq və Sinqapuru üstələyib. Həmçinin liderlərin onluğuna Tokio, Şanxay, Toronto, Sidney, Zürih və Pekin də daxil olub.
Həmçinin hesabatda qeyd edilir ki, Brexitlə bağlı gedən danışıqlara baxmayaraq, London cəmi 2 xal itirib ki, bu da 10 lider mərkəz arasında ən az enmədir.
Qeyd edək ki, Z/Yen Group sözügedən bu reytinqi təşkil edərkən daxili məlumatlar əsasında 92 maliyyə mərkəzini və onların rəqabət qabiliyyətini təhlil edib. Bundan əlavə, reytinq təşkil edilərlən biznes-mehit, insan kapitalı, infrastruktur, maliyyə sahəsinin inkişaf səviyyəsi, həmçinin işgüzar nüfuzu kimi kriteriyalar nəzərə alınır.