6 C
Baku
Sunday, December 15, 2024

Funt sterlinqin kəskin möhkəmləndi

Britaniyada geyim əşyalarının qiymətlərinin son 30 ildə ən yüksək həddə çatması nəticəsində avqust ayı inflyasiya göstəricisinin 2,9% təşkil etməsi funt sterlinqin kəskin möhkəmlənməsinə gətirib çıxarıb.

“Vestifinance” agentliyinə istinadən, bu barədə Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Geyim və ayaqqabı qiymətləri avqust ayında 4,6% artım göstərərək ümumi inflyasiyanın sürətlənməsinə səbəb olub. Analitiklər inflyasiyanın sürətlənməsini funt sterlinqin ötən ilin iyun ayında keçirilən “Brexit” referendumundan sonra baş verən 20%-ə yaxın ucuzlaşması ilə izah edirlər.

Qeyd edək ki, inflyasiyanın yüksəlməsi İngiltərə Mərkəzi Bankını (BoE) uçot dərəcəsini artırmağa məcbur edə bilər. Belə ki, hazırda inflyasiya hədəf 2% həddini xeyli üstələyib. BoE sədri Mark Karni maliyyə naziri Filip Xemmonda yazdığı məktubda inflyasiyanın hədəfi 1 faiz bəndi kənarlaşması halında monetar siyasətlərinə yenidən baxa biləcəkləri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün USD/GBP məzənnəsi 0,8% artaraq 1,3270-ə çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər