“Apple” sonunda iPhone X modelini təqdim etdi. iPhone X-in ən vacib və gözədəyən özəlliyi onun xarici görünüşüdür. Belə ki, keçmiş modellərin ölçüləri dəyişsə də, onlarla qarşılıqlı əlaqə üsulu olduğu kimi qalırdı. iPhone X isə əsas element olan Home düyməsindən azad oldu. Belə ki, onun reallaşdırılması üçün smartfonun ön panelində sadəcə olaraq yer çatmadı. Çünki ön panel tamamilə ekranlə əhatə olunub. iPhone X, 3D Touch vəHDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ekran, sonuncu model iPad Pro-da olduğu kimi Tru Tone texnologiyasını da dəstəkləyir. Bu texnologiya, mühitdən asılı olaraq ekrandakı ağ rəngin balanslaşdırılmasına şərait yaradır. Korpusun formasına görə iPhone X, keçən ilki iPhone 7-dən heç də fərqlənmir. Lakin korpusun hazırlandığı materiallar bu dəfə dəyişdi.
https://youtu.be/K4wEI5zhHB0
Belə ki, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Arxa qapağın şüşədən olması ilk növbədə naqilsiz şarj funksiyası üçün lazım idi. Beləliklə şirkət həmçinin smartfonların, smart saatların və qulaqlıqların şarjı üçün nəzərdə tutulmuş özünün naqilsiz şarj stansiyasını da təqdim edib. iPhone X-də olan vacib özəlliklərdən biri də yandırıb/söndürmə düyməsinin bir neçə funksiyalara sahib olmasıdır. Belə ki, həmin düymənin ölçüsü bir qədər böyüyərək bir sıra əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulub. Məsələn həmin dyməni iki dəfə kliklədikdə Apple Pay ödəmə sistemi işə düşür. Düyməni klik edərək müəyyən vaxt saxladıqdan sonra isə Siri işə düşür. iPhone X-də Home düyməsinin olmaması həmçinin Touch ID barmaq izi skanının olmaması deməkdir. Bundan sonra istifadəçilər, insan zünün skanı texnologiyası olan Face ID-dən istifadə edəcəklər.
Yeni texnologiya, Touch ID-ni əvəz edir. Onun işini isə smartfonun yuxarı hissəsində yerləşən ön kamera və ötürücülər görürlər. Beləliklə yeni texnologiya həmçinin neyron şəbəkəsindən istifadə edərək istifadəçinin individual üz təsvirini yaradır. Şirkətin məlumatına əsasən Face ID-nin yanlış şəkildə işə düşməsi halı, milyonda birə bərabərdir. Bununla yanaşı iPhone X-i bu vasitə ilə həmçinin qaranlıq mühitdə blockdan çıxartmaq olar. iPhone X, istifadəçinin baş vəziyyətini tam dəqiqliklə təyin edə bilir. Bunu isə bir sıra özəlliklər üçün istifadə etmək olar. Məsələn, iMessage vasitəsilə 3D animasiyalı emojilər yaratmaq və onları səsləndirmək mümkündür. Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru vasitəsilə çalışır. Beləliklə bu prosessorlar 30% daha güclüdürlər və 2 dəfə daha az eneri sərfiyyatına malikdirlər.
Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilirlər. Kameralara gəldikdə isə keçən ilki modellərdən fərqli olaraq elə də inqilabi bir şey baş vermədi. iPhone X, keçən ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir. Lakin bir fərq ondan ibarətdir ki, bu dəfə kamera şaqulidir. Bununla yanaşı iPhone X-in hər iki arxa kamerası da optik stabilizasiyaya sahibdir. Beləliklə pis işıqlandırılmış vəziyyətlərdə belə, keyfiyyətli fotolar çəkmək mümkündür. iPhone X-in ön paneli kameralar sistemi ilə təchiz olunduğu üçün ön kamera vasitəsilə də portret rejimli fotolar çəkmək olar. iPhone X, 3 Noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.
Hətta iPhone-nun 10 illiyində də “Apple” ənənələri pozmayaraq, keçən ilki modellərin təkmilləşdirilmiş versiyalarını təqdim etdi. Lakin təəccüblüsü ondadır ki, keçən ilki modellərin yeni versiyaları iPhone 8 və iPhone 8 Plus adlanırlar. Faktiki olaraq bu smartfonlar, iPhone 7 dizaynına və iPhone X texniki göstəricilərinə sahib modellərdir. Keçən ilki modellərdən dizayn, metal korpus olduğu kimi qalıb. Lakin hər iki modelin arxa panelləri şüşə ilə örtülmüşdür.
https://youtu.be/k0DN-BZrM4o
iPhone 8 və iPhone 8 Plus, həminki 4.7 və 5.5 inç-lik ekranlarla təchiz olunublar. Hər iki modeldə həmçinin True Tone texnologiyası da reallaşdırılıb. Keçən ilki modellərdən fərqli olaraq iPhone 8 və iPhone 8 Plus, tamamilə yeni olan A11 Bionic prosessoru vasitəsilə çalışır. Kameralar da təkmilləşdirilib. iPhone 8, 12 Mp-lik, iPhone 8 Plus isə 12 MP-lik ikili arxa ilə təchiz olunub.
Bundan əlavə olaraq iPhone 8 Plus-da yeni portret çəkiliş rejimi də əlavə olunub. Neyron şəbəkələrin vasitəsilə smartfon, kadrda olan işığı incələyir və gözəl portret fotolar üçün rəngləri uyğunlaşdırır. Lakin bununla yanaşı fotonu çəkəndən sonra belə işıq ayarlarını düzəltmək olur. Şüşə qapağın hesabına yeni iPhone modelləri, Qi standartlı naqilsiz şarj sistemini də dəstəkləyir. iPhone 8 və iPhone 8 Plus, bu ayın sonunda satışa çıxacaqlar. 32, 64 və 128 GB daxili yaddaşa sahib iPhone 8, 699$ qiyməti ilə başlayaraq, 64 və 256 GB daxili yaddaşa sahib iPhone 8 Plus isə 799$ start qiyməti ilə satışa çıxacaq.