9 C
Baku
Thursday, December 12, 2024

Nəhəng maliyyə piramidasının rəhbəri ömürlük həbsə məhkum edildi

Banker.az xəbər verir ki, Yucheng Global şirkətinin direktorlar şurasının sədri Din Nin Çin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. O Çində 7,6 milyard dollar  həcmində investisiya toplamış Ezubao – nəhəng maliyyə piramidasının əsas oyunçularından biri idi.

Piramida təşkilatçıları müxtəlif müddətlik həbs cəzalarına və ümumilikdə 1,8 milyard yuan (təqribən 276,2 milyon dollar) cəriməyə məhkum edilib. Ezubao üçün ana şirkəti rolunu oynayan şirkətin rəhbəri Din Nin ömürlük həbs cəzası almaqla yanaşı, 500 min yuan (76,6 min dollar) həcmində əmlakın müsadirəsi və 100 milyon yuan (təqribən 15,3 milyon dollar) dəyərində cərimə ilə məhkum edilib.

Ezubao maliyyə piramidasının işi 2015-ci ildə dayandırılmışdı. Piramidanın iş sxemini isə tam olaraq 2016-cı ilin qış fəslində aşkar edirlər. Piramida ənənəvi bank mexanizmlərindən istifadə olunmadan kredit verərək online-kreditləşmə platforması növü altında fəaliyyət göstərirdi. Platforma demək olar ki, 1 milyon nəfərdən 7,6 milyard dollar (50 milyard yuandan çox) cəlb etmişdi.

Piramida təşkilatçıları vəsaitlərin əhəmiyyətli hissəsini şəxsi varlanma üçün istifadə edib. Din Ninin özü şəxsən 150 milyon dollardan çox pulu dəbdəbə vasitələrinə, daşınmaz əmlaka və avtomobilə sərf edib. İştirakçılar piramida çökməzdən əvvəl məsələyə aid bütün sənədləri 80 çuvala yığaraq Hefey şəhərinin kənarında basdırıb. Ümumilikdə 21 nəfər maliyyə piramidası məsələsində günahkar qismində dindirilib.

Son xəbərlər
Digər xəbərlər