Aprel ayından bu tərəfə ilk dəfə 55 dolları keçən Brent nefti son saatlarda yenidən ucuzlaşmağa başlayıb.
Saat 8:40/ Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,07$, yəni, 0,14% ucuzlaşaraq 49,23$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13$, yəni, 0,24% azalaraq 55,03$-a təklif olunub.