Banklar plastik kartlarının satışını artırmaq məqsədilər bir sıra cəlbedici təkliflərlə müştərilərin diqqətini cəlb etməkdədirlər. Bu təkliflərə misal olaraq, depozit funksiyasını, ATM-lərdə komissiyasız nağdlaşma imkanını, kartın pulsuz əldə edilməsi imkanını, “cash-back” imkanını və s. göstərmək olar.
Bu araşdırmamızda Bankların Plastik kartlarında olan “cash-back” imkanına toxunmuşuq. Bəs “cash-back” nədir və əsas mahiyyəti nədən ibarətdir?
“Cash-back” – plastik kart vasitəsilə keçirilən nağdsız əməliyyatlar zamanı xərclənən vəsaitlərin bir hissəsinin karta geri qayıtmasıdır. Geri qayıdan vəsait müxtəlif formalarda istifadə üçün nəzərdə tutula bilər. Belə ki, bəzi Banklar geri qayıdan vəsaitlərdən yalnız müəyyən edilimiş partyorlarda mal və xidmətlərin istehlak edilməsi zamanı, bəziləri yalnız nağdsız formada bəziləri isə həm nağd həm də nağdsız formada istifadəyə imkan yaradır.
Həmçinin qeyd etmək istərdik ki, Banklar özlərinin partnyoru olan ticarət məntəqlərində alış-verişlərə görə qeyri-partnyorlara nisbətdə daha çox “bonus” qazandırır.
Aşağıdakı cədvəldə Sizlərə “cash-back” imkanı olan bank kartları, bu kartlarda vəsaitin geri qazanılması və xərclənməsi ilə bağlı ətraflı məlumat təqdim edilmişdir.
Bank | Sistemin adı | Hansı kartlarda “cash-back” funksiyası var? | Geri qayıdan vəsait | Geri qayıdan vəsaitdən istifadə | |
Partnyor | Qeyri-partnyor | ||||
Bank Respublika | Paykart Bonus | Bütün plastik kartlar | Maksimum 25% | Hesablanmır | Yalnız nağdsız formada |
Bank of Baku | Bolkart “BAL” | Bolkart Kredit və Bolkart Debet
(Gənc, Ailə, Gold, Diamond) |
Maksimum 25% | Gənc: 0.05% – 0.3%
Ailə: 0.05% – 0.3% Gold: 0.05% – 0.5% Diamond: 0.05% – 0.6% |
Yalnız nağdsız formada |
Express Bank | Express Club | Bütün plastik kartlar | Maksimum 20% | 0.3% | Həm nağd, həm nağdsız, həm də “online” formada |
Unibank | Cashback | Bütün plastik kartlar | Maksimum 30% | 0.1% – 0.3% | Həm nağd, həm nağdsız, həm də “online” formada |
Kapital Bank | Kapital Bonus | Bütün plastik kartlar | Maksimum 17% | 0.1 % – 1% | Həm nağd, həm nağdsız, həm də “online” formada |
Yapıkredi Bank | Worldcard Bal | World Card və Pulkart | Məlumat verilmədi | 0.05% | Yalnız nağdsız formada |
Bank Silwey | “Miles” proqramı | Visa Classic / MC Standart “Miles” | Ölkəxarici hər 10 manat üçün 1 bal
Ölkəxarici hər 5 manat üçün 1 bal |
“Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərində səyahət üçün aviabilet alınması üçün | |
Visa Gold / MC Gold “Miles” | Ölkəxarici hər 9 manat üçün 1 bal
Ölkəxarici hər 4.5 manat üçün 1 bal |
||||
Visa Platinium / MC Platinium “Miles” | Ölkəxarici hər 8 manat üçün 1 bal
Ölkəxarici hər 4 manat üçün 1 bal |