-3 C
Baku
Sunday, December 15, 2024

“Bloomberg”: S.Ərəbistanı “Saudi Aramco”nun özəlləşdirilməsini ertələyə bilər

Səudiyyə Ərəbistanı “Saudi Aramco” dövlət neft şirkətinin özəlləşdirilməsi prosesini neft bazarında vəziyyətin nisbətən düzələcəyi dövrə qədər ertələyə bilər. Bu barədə “Bloomberg” agentliyi anonim mənbələrə istinadən məlumat verir.

Agentlik bildirir ki, S.Ərəbistanı “Saudi Aramco”nun səhmlərinin 5%-nin ilkin emissiyasını (IPO) 2019-cu ilin I-II rübündə həyata keçirə bilər. Qeyd edək ki, cari plana əsasən, “Saudi Aramco”nun IPO-sunun 2018-ci ilin ikinci yarısında keçirilməsi planlaşdırılır və satışdan 100 mlrd. ABŞ dolları gəlir gözlənilir.

Xatırladaq ki, oktyabr ayında S.Ərəbistanının paytaxtı Ər-Riyadda nəhəng investisiya konfransı keçiriləcək və burada IPO-nun vaxtı ilə yanaşı harada keçiriləcəyi də müzakirə olunacaq. Hələlik IPO-nun keçirilməsi üçün London və Nyu-York birjaları namizəddir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər