28 C
Baku
Tuesday, April 30, 2024

Yaponiya Bitcoinlə ticarətdə lider oldu

Yaponiya dünya miqyasında 50,75% paya sahib olmaqla nəhəng Bitcoin bazarı statusunu qazanıb.

Banker.az Cointelegraph-a istinadən xəbər verir ki, buna səbəb Çindən Bitcoin rəqəmsal valyutası treyderlərinin Yaponiyaya axın etməsi olub.

Çində kriptovalyuta birjalarının fəaliyyəti məhdudlaşdırıldıqdan sonra, çinli treyderlər yapon Bitcoin bazarına keçid edib. Treyderlərin bu qəfil mühacirəti qısa müddət ərzində Yaponiyada ticarət həcminin artmasına səbəb olub. Belə ki, treyderlər Çin rəhbərliyi və onun gözlənilməz xarakteri ilə risk etmək istəmirlər.  

Qeyd edək ki, keçən həftə Çin hökuməti, yerli rəhbərlik və maliyyə tənzimləyiciləri Çinin Bitcoin birjalarından və ticarət platformalarından ICO (qəpiklərin ilkin yerləşdirilməsi) bazarında spekulyasiyalar səbəbindən öz işlərini sentyabr ayının sonuna qədər yekunlaşdırmalarını rəsmi şəkildə tələb etdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər