Associated Press-in verdiyi məlumata əsasən, zərgərlik şirkəti Tiffany & Co İsveçrə saat istehsalçısı Swatch Group-a birgə biznes planların pozulması səbəbindən təzminat olaraq 499 milyon dollar ödəyəcək.
Tiffany & Co şirkəti məlumat təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, şirkət həmçinin məhkəmə xərclərinə 9 milyon dollar ödəyəcək. Tiffany & Co şirkətinin rəhbəri Michael J. Kowalski bildirmişdir ki, şirkətin bütün bu məbləğləri ödəmək üçün kifayət qədər vəsaiti var və bu onun gələcəkdəki biznes planalrına zərər yetirməyəcək.
2011-ci ildə Swatch Tiffany & Co şirkətini birgə biznesin sistematik olaraq kəğv edilməsində günahlandıraraq əməkdaşlıq barədə olan müqavilədən imtina etmişdi. Bu zaman saat istehsalçısı məhkəmə vasitəsilə Tiffany & Co şirkətindən təzminat tələb etmişdi.
Şirkətlər arasında əməkdaşlıq müqaviləsi 2007-ci ilin sonunda imzalanmışdı. Sazişə əsasən, Swatch 2008-ci ildə Tiffany Watch Co. Ltd., şirkətini yaratmışdı.
Swatch Group 1983-cü ildə yaradılıb və Breguet, Blancpain, Omega, Longines, Rado, Tissot, Certina, Mido, Swatch və digər saat markalarına sahibdir.