13 C
Baku
Sunday, September 29, 2024

Apple şirkəti yeni iOS 11-i təqdim etdi

Banker.az xəbər verir ki, Apple şirkəti iOS 11 mobil əməliyyat sisteminin final versiyasını təqdim edib. Yenilənmə artıq bütün dünya üzrə istifadəçilərə əlçatandır.

Yeni sistem indi bir ekranı əhatə edən yenilənmiş idarəetmə mərkəzinə malikdir. İstifadəçi istədiyi təqdirdə bu bölməyə yeni elementlər əlavə edə bilər, məsələn, diktofon.

Həmçinin iOS 11-də QuickType funksiyası da peyda olub ki, sözügedən bu funksiya klaviaturanı bir əl ilə mətn daxil etməyə adaptasiya etməyə imkan verir. Onun işə salınması üçün qlobus və yaxud emoji düyməsinə toxunmaq, daha sonra isə klaviaturanı hansı istiqamətə çəkməyi seçmək lazımdır.

iOS 11-də daha bir əhəmiyyətli yenilənmə Siri səsli köməkçinin təkmilləşdirilməsi olub. Maşın təlimi texnologiyasının tətbiq edilməsi sayəsində səsli assistentin niqti daha təbii olub: indi o intonasiya ilə danışır və məntiqi fasilələr edir.

Apple şirkətinin rəsmi saytında qeyd edilir ki, iOS 11 əməliyyat sistemi iPhone 5S modelindən başlayaraq bütün smartfonlarda, altıncı nəsil iPod Touch pleyerində, həmçinin əksər iPad planşetində dəstəklənəcək.

Son xəbərlər
Digər xəbərlər