13 C
Baku
Sunday, September 29, 2024

S. Ərəbistanı “WhatsApp” və “Skype” messencerlərinə qoyulan qadağanı ləğv etdi

Səudiyyə Ərəbistanı hökuməti “WhatsApp” və “Skype” messencerlərində səsli zənglərə qoyulan qadağanı götürüb.

BBC-yə istinadən, krallığın Rabitə Nazirliyi  “Voice over Internet Protocol”un  (VoIP) istifadəçiləri üçün sentyabrın 20-dən əlçatan olacağını bildirib.

Səudiyyə hökuməti əvvəllər VoIP-ə “qaydalara riayət etməkdən imtina etdiyi üçün” rədd cavabı vermişdi.

Səudiyyə Ərəbistanında internet senzurası 2011-ci ildə baş verən “Ərəb baharı”ndan sonra güclənib. O zaman hökumət 400 min saytı bloklamaq barədə qərar qəbul edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər