“Rabitəbank” ASC-də İSTEHLAK kreditləri sahəsində gənc kredit mütəxəssislərinin hazırlanması proqramına start verilir.
Gənc kredit mütəxəssislərinin hazırlanması proqramı bankın peşakar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etmək, bankın mütəxəssiləri ilə birlikdə kreditləşmə sahəsində real təcrübəni qazanmaq və gələcəkdə bankda karyera qurmaq imkanları verir.
Gənc kredit mütəxəssislərinin (İstehlak kreditləri üzrə) hazırlanması proqramı Bakı, Masallı, Şirvan, Şəmkir, Qusar və Xaçmaz bölgələrini əhatə edir.
Bu proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:
- Biznes etikası anlayışı;
- Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş;
- Bank məhsulları və onların satış prinsipləri;
- Kredit müraciətlərinin qəbulu və onların dəyərləndirilməsi;
- İstehlak kreditlərinin təhlili;
- Verilmiş kreditlərə nəzarət, monitorinq və təqib;
Namizədlərə olan tələblər:
- Ali təhsil;
- Hərbi xidmət keçmiş və ya möhlət hüququ olması;
- Analitik düşüncəyə malik olması;
- Yüksək öyrənmə qabiliyyəti;
- Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması
Proqramda müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC tərədindən sertifikat təqdim ediləcəkdir.
Gənc kredit mütəxəssislərinin hazırlanması proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “İstehlak kreditləri üzrə təcrübə” qeyd edərək CV-lərini göndərə bilərlər.
Qeyd: Bu proqramda yalnız qeyd olunan bölgələrdə (Bakı, Masallı, Şirvan, Şəmkir, Qusar və Xaçmaz bölgələrini) yaşayan namizədlər iştirak edə bilərlər.