13 C
Baku
Friday, November 22, 2024

Kredit müqaviləsi imzalayarkən diqqətli olun!

Ekspertlərin gəldiyi nəticələrə əsasən, borcalanların yalnızca yarı faizi imzalamadan öncə kredit müqaviləsini oxuyur. Bu düzgün deyil. Müqaviləni oxumaq hər bir halda vacibdir, çünki imzanızı atdıqdan sonra artıq geriyə yol olmayacaq. Kredit müqaviləsində kreditləşmə ilə bağlı bütün qaydalar öz əksini tapır və buraya hətta əvvəllər bank işçiləri tərəfindən gizli saxlanılan məlumatlar da daxil edilib. Bu səbəbdən də bütün müqaviləni əvvəldən sonacan oxumaq lazımdır, xüsusən kiçik şriftlə yazılmış yazıları.

Kredit müqaviləsi imzalayarkən bunlara mütləq diqqət edin:

Kredit müqaviləsi imzalayarkən faiz dərəcəsinə, siz tərəfindən kreditin alınması və istifadəsi üçün müxtəlif komisyon haqlarına diqqət yetirmək lazımdır. Onlar həqiqətənmi sizə əvvəllər deyildiyi kimidir. Bank əməkdaşından xahiş edin ki, bütün komisyonlar daxil olmaqla kreditin ümumi dəyərini sizə bildirsinlər. Kredit götürməzdən öncə bu məbləğ öz ödəmə imkanlarınız ilə qarşılaşdırın.

Şərtlər, məbləğ və aylıq ödəniş qrafiki ilə tanış olun. Orada razılaşdığınız məbləğin qeyd edildiyinə əmin olun.

Erkən ödəmə imkanlarına, şərtlərə və mümkün cərimələrə, komisyonlara, erkən ödəmənin minimum məbləğinə diqqət yetirin.

Verilən kreditin həcmi və müddətini bir daha yoxlayın.

Kredit ödənişlərinin gecikdirilməsi zamanı nəzərdə tutulmuş cərimələr və peniyalar ilə tanış olun. Bununla yanaşı, borc vəsaitlərinin qaytarılması ilə bağlı bankın qəbul etdiyi tədbirləri öyrənin.

Əgər siz girov qoymaqla kredit əldə edirsinizsə, bu halda mütləq girov qoyulan obyektin dəyərini özünüz üçün aydınlaşdırın.

Son xəbərlər
Digər xəbərlər