1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın yeni ən varlı qadını kim oldu?

Banker.az xəbər verir ki, Walmart  mağazalar şəbəkəsinin yaradıcısı Sam Waltonun qızı 67 yaşlı Alice Walton dünyanın yeni ən varlı qadını adını qazanıb.

Forbes jurnalının məlumatına görə, onun sərvəti 33,8 milyard dollar olaraq qiymətləndirilir. O dünyanın ən varlı insanlarının ümumi reytinqində 17-ci pillənin sahibidir.

Alice Walton – Walmart yaradıcısının yeganə qızıdır. Şirkətdə çalışan qardaşlarından fərqli olaraq Alice incəsənət sahəsində layihələr ilə məşğuldur.

Qeyd edək ki, Alice 21 sentyabrda dünyanın ən varlı qadını, LʼOréal şirkətinin təsisçisinin qızı olan Lilian Betankurun 94 yaşında dünyasını dəyişməsindən sonra bu adı qazanıb. Forbes 2017-ci ildə onun sərvətini 39,5 milyard dollar olaraq qiymətləndirmişdi və o milyarderlər siyahısında 14-cü pillədə idi.

Lilian Betankur 1922-ci ildə fransalı kimyagər Ejen Şyullenin ailəsində dünyaya gəlmişdi. Şyulle 1909-cu ildə LʼOréal şirkətinin əsasını qoyub. Lilian hələ 15 yaşı olduqda şirkətdə şagird qismində işləməyə başlamışdı. 1957-ci ildə isə LʼOréal şirkətini miras olaraq əldə edərək şirkətin əsas səhmdarına çevrilir. Kosmetoloji nəhəng ictimai şirkət olsa da, Bettankur səhm paketinə nəzarəti saxlamışdı. 1974-cü ildə isə şirkətdə sahib olduğu payın demək olar ki, yarısını Nestle şirkətinin 3% səhmi ilə dəyişmişdi.

Son xəbərlər
Digər xəbərlər