13 C
Baku
Sunday, November 24, 2024

Statistika Komitəsi qazandığımız pulları saydı

Gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını üstələyərək 6,5 faiz olub.

Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri barədə məlumat yayıb.

Cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 6,5 faiz artaraq 3 471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,5 faiz olub.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 21,2 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalıb.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.