Dünuya birjalarında Brent neftinin qiyməti 3 fevral tarixindən bu tərəfə ən yüksək həddə keçsə də(56,87 dollar/barell) , səhər saatlarında cüzi ucuzlaşıb.
Saat 8:55/ Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,12$, yəni, 0,24% cüzi ucuzlaşaraq 50,54$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05$, yəni, 0,09% azalaraq 56,81$-a təklif olunub.
Xatırladaq ki, neft ucuzlaşması 2014-cü ilin sentyabr ayından ucuzlaşmağa başlamışdı. Ötən ilin yanvarında isə minimuma, yəni, 28,94 dollara kimi enmişdi.