“B.EST Solutions” MMC şirkəti aşağıda qeyd olunan tələblərə uyğun yüksək ixtisaslı namizədləri əməkdaşlığa dəvət edir.
IT sahəsində Biznes Analitik
Tələblər:
1. Ali təhsil (texniki və ya iqtisadi təhsilə üstünlük verilir);
2. Sənədləri savadlı şəkildə yazmaq və tərtib etmək bacarığı (az, ru- əla, ing-yaxşı);
3. Fikirlərini savadlı, dəqiq və aydın şəkildə çatdırmaq bacarığı (az, ru- əla, ing-yaxşı);
4. Böyük həcmdə informasiya ilə işləmək, onun təhlili və proseslərin modelləşdirilməsilə (blok sxem, diaqram və s. şəklində) məşğul olmaq;
5. Prosesin idarə edilməsi planının işlənib hazırlanması. Tapşırıqlar arasında prioritetlərin düzgün müəyyənləşdirilməsi qabiliyyəti və tapşırıqların, bütünlükdə layihənin yerinə yetirilməsi gedişatı ilə bağlı hesabatların təqdim edilməsi bacarığı;
6. Ünsiyyət bacarığı;
7. Eyni vaxtda paralel olaraq bir neçə tapşırığın dəqiq göstərilən müddətdə yerinə yetirilməsi rejimində komanda şəklində işləmək bacarığı;
8. Ofis proqramları, verilənlər bazası və PT-nin əsaslarını bilmək;
9. Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
10. Böyük həcmdə işlərə hazırlıq.
Vəzifəsi:
1. Biznes və təşkilati proseslərin analizi, onların effektivliyinin aşkar edilməsi, onların optimallaşdırılması və modelləşdirilməsilə bağlı təkliflərin işlənib hazırlanması;
2. Sənədlərin hazırlanması və yazılması;
3. Layihənin idarə edilməsinin effektli planının işlənib hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi;
4. Texniki və təşkilati məsələlərlə bağlı partnyor təşkilatların nümayəndələri ilə əməkdaşlığın yaradılması;
5. Biznes proseslərin , hazırlanan PT-nin və informasiya sistemlərinin test edilməsi;
6. Aylıq hesabatların hazırlanması.
Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmək xahiş olunur.
Qeyd:
1. Yalnız tələblərə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
2. Namizədlərdən “B.EST Solutions” şirkətinin layihələri, xüsusilə “Asan İmza” layihəsi haqqında məlumata sahib olmaları tələb olunur.