Venezuela hökuməti yeni neft qiymətlərini Çinin Jenmin Jibao nəşrində yuan ilə təqdim edib.
Banker.az Çinin Xinhua xəbər agentliyinə istinadən xəbər verir ki, bu rəsmi Karakasın ABŞ dollarının beynəlxalq bazarda üstünlüyünə qarşı növbəti addımdır.
Ölkənin Neft və dağ-mədən sənayesi nazirliyinin məlumatında deyilir ki, qiymətlərin yuan ilə təqdim edilməsi “dollardan olan asılılığımızın pozulması” deməkdir.
Həmçinin nazirliyin məlumatında deyilir ki, qiymətlərin bir qədər artması “neftə olan tələbatın artması əlamətləri və OPEC və digər neft istehsal edən ölkələrin neft hasilatının azaldılması ilə bağlı müqavilənin potensial olaraq uzadılması perspektivləri ilə bağlıdır.
Qeyd edək ki, Venezuela prezidenti Nikolas Maduro sentyabr ayının əvvəlində beynəlxalq tranzaksiyalar zamanı avro, yuan, rubl və rupinin xeyrinə olaraq ABŞ dollarından əsas valyuta qismində imtina edilməsinə çağırdı.
Bu həmçinin ABŞ-ın Venezuelaya tətbiq etdiyi iqtisadi sanksiyalara cavab idi.