Əhalinin Azərbaycan Beynəlxalq Bankındakı (ABB) əmanətlərinin həcmi 2013-cü ilin dekabırın 1-nə 1,565 milyard manat həddini keçib. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
İlin əvvəlindən əhalinin bankdakı əmanətlərinin həcmi 245 milyon manat və ya 18,6% artıb.
ABB-nın depozit portfeli 2013-cü ilin dekabırın 1-nə 3,063 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 358 mln. manat çoxdur.