2017-ci il üzrə Nobel mükafatının həcmi artırıldı

2017-ci il üzrə Nobel mükafatının həcmi 9 milyon isveç kronuna (1,12 milyon dollar) qədər artırıldı.

Banker.az xəbər verir ki, bu qərarı Nobel Fondunun direktorlar şurası verib.

Təşkilatın saytında yer alan məlumatlarda qeyd edilir ki, ödənişlər 1 milyon kron (124,8 min dollar) artacaq. 2011-ci ildə mükafatın həcmi 10 milyon krondan 8 milyona (1,25 milyondan 998 min dollara) endirilmişdi. Bu addım fondun maliyyə dayanıqlığının möhkəmləndirilməsi proqramı çərçivəsində atılmışdı.

2017-ci il üzrə laureatların elan edilməsinə 2 oktyabr tarixindən başlanılacaq. Nobel mükafatı fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyatda nailiyyətlərə görə təqdim edilir. Həmçinin sülh mükafatı da mövcuddur.

Qeyd edək ki, 2016-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatını Harvard universitetinin iqtisadiyyat professoru Oliver Hart və Massaçusets Texnoloji institutunun iqtisadiyyat professoru Benqt Holmstrem əldə etdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər