Expressbank-la pul qazanmaq çox asan. Vəsaitlərini etibarlı yerdə saxlamaq və üstəlik yüksək faizlə gəlir əldə etmək istəyən şəxslərə Expressbank “Klassik” əmanət məhsulunu təklif edir. Müştərilər minimal 500 AZN/USD olmaqla 12, 24, 36, 48 və ya 60 aylıq öz vəsaitlərini yerləşdirərək müddətdən və faizlərin hesablanması qaydasından asılı olaraq illik 17%-dək gəlir əldə edəcəklər.
“Klassik” əmanət növünün üstünlükləri:
- Yüksək faiz
- Faizləri aylıq götürmək imkanı
- Hədiyyə olaraq bank kartının təqdim olunması
- 3-cü şəxsin adına açılması imkanı
- Əmanət əsasında kredit götürmək imkanı
Operativ xidmət, yüksək faiz dərəcələri və sərfəli şərtlər təklif edən Expressbank Sizin etibarlı və sabit gəlir mənbəyinizə çevriləcək. Qeyd edək ki, Expressbank-da yerləşdirilmiş bütün əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində sığortalanır.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.