Tramp Puerto-Rikonun borclarını silir

ABŞ prezidenti Donald Tramp “Mariya” qasırğasından zərər çəkmiş Puerto-Rikonun iri maliyyə təşkilatlarına olan borcunun silinməsinin lazım olduğunu deyib.

Trend-in məlumatına görə, Puerto-Rikoya səfər edən D.Tramp deyib ki, iri banklara müraciətlə deyib ki, bu borcları unutmalıdır: “Borclarınızı unudun, onlarla vidalaşın”.

“Moody’s Analytics” agentliyinin hesablamalarına görə, qasırğa nəticəsində Puerto-Rikoya 95 milyard dollar dəyərində ziyan dəyib. Ölkənin xarici borcu isə 72 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər