1. Beyninizi lazımsız məlumatlardan zərərli vərdişlər, zamanın boşa xərclənməsi, stress, çətin axmaqlıqlar və problemlərdən təmizləyin. Bütün bunları unudun. Yeni kəşflər, ixtiralar üçün azad beyin tələb olunur.
2. Özünütərbiyə ilə məşğul olun. Bizneslə bağlı sevdiyiniz kitabları oxuyun. Mümkün olan bütün sərgiləri, qəribə dəlisov məkanları ziyarət edin, yeni idman növləri ilə məşğul olun. Özünüzü hər tərəfli inkişaf etdirin – bu biznesdə sizə çox kömək edəcək.
3. Özünüzdə lider xarakterini, məntiqi, biznes IQ-nü, insanlarla ünsiyyət qurmaq bacarığını, jest və mimikaları, manipulyasiya və nitq vərdişlərini inkişaf etdirin. Hər şeylə məşğul olun.
4. Ruhunuzu dincəldəcək fəaliyyətlərlə də məşğul olmaq məsləhətdir. Bu yoqa, meditasiya, ezoterika ola bilər. Bunların fərqi yoxdur, əsas odur ki, insanları hiss edəsən. Bunun üçün isə sən ilk növbədə özünü hiss etməlisən. Biznesmenlər ruhi cəhətdən çox güclü insanlardır.
5. Biznesmenlər insanları tanımağı bacarır və izdihamı heyrətə gətirə bilərlər. Onlar insanın psixologiyasını insanın özündən daha yaxşı bilirlər. Əlbəttə, bu bütün biznesmenlərə aid deyil. Bunu ancaq çox şeyə sahib olmuş biznesmenlər bacarır və bu təcrübəni yalnızca illərlə əldə etmək mümkündür. Elə isə qazan.
6. Pulları sev. Onları sevsən onlar da səni sevəcək. Fikir vemisinizsə, kasıblar həmişə deyirlər ki, onların pulları yoxdur və ümumiyyətlə bu mövzudan kənar durmağa çalışırlar. Varlılar isə pullar haqqında danışmağı sevir və pulları necə artırmağın yollarını yaxşı bilirlər.
7. Arzu et. Qarşına məqsəd qoy. Bu zaman əsas olan bu məqsədə necə çatacağındır. Daim bu məqsədə çatmaq yolunu beynində vizuallaşdır. Sonda isə məqsədinə çatdıqda bu hissi təsvir et. Bu emosiyalar sənə ümid verəcək.
8. Heç nə alınmayacaq deyən uğursuz insanlara qulaq asma. Onlar uğursuzdurlar və elə də olaraq qalacaqlar. Yalnız özünü və sənə dəstək verən insanları dinlə.
9. Fəaliyyət göstər. Hətta ən kiçik addım belə irəliyə doğru bir hərəkətdir. Hər şey təcrübə ilə əldə edilir və bu gün kiçik bir şeydən başlayaraq keçmişə baxaraq nə qədər yol qət etdiyinizə təəccüblənə bilərsiniz.