Banker.az xəbər verir ki, Macarıstan dövlətin planlaşdırdığı vaxtdan daha əvvəl milli valyutanı ləğv edə və avroya keçid edə bilər.
Avropa İttifaqının şərq qanadının dörd nəhəng iqtisadiiyatı olan Macarıstan, Polşa, Rumınya və Çexiya rəhbərliyi çox sayda tənqidlər olmasına baxmayaraq avronun qəbul edilməsi ilə bağlı hədəf tarixlər təyin etməkdən imtina edib.
Budapeşt milli valyutanın ləğv edilməsinə tələsməyəcək, lakin gec və ya tez geniş miqyaslı inteqrasiyadan kənarda qalmaq istəməyəcək.
Bundan əlavə, 4 il ittifaqa qoşulan Aİ-nın ən gənc üzvü Xorvatiya avronun milli valyuta qismində tətbiq edilməsinə hazırlıq prosesinə başlamaq niyyətindədir. Ölkənin baş naziri Andrey Plenkoviç bildirib ki, Zaqreb 2020-ci ilə kimi Avropa valyuta məzənnələri mexanizminə (ERM) qoşulmağı, bunun ardınca isə bir neçə il ərzində avrozonanın tam bir üzvü olmağı planlaşdırır. Bolqarıstan da Avropa valyuta blokuna qoşulmağa can atır. Qeyd edək ki, Aİ-da keçmiş kommunist ölkələrindən Sloveniya, Slovakiya, Estoniya, Latviya və Litva artıq avrozonaya daxil olub.