18 C
Baku
Sunday, September 29, 2024

Əməliyyatçı (Şəmkir filialı) – Ateshgah Sigorta

İŞ PROFİLİ
Əməliyyatçı (Şəmkir filialı)
Namizədə tələblər
  • Yaş: 20-35
  • Cinsi: Xanım
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
  • Şəxsi keyfiyyətlər
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri 
  • Müştəri qəbulu və sənədlərin ekspertizası
  • Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
  • Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
  • Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
  • Ofis üzrə ciddi hesabat hlanklarının dövriyyəsinə nəzarət
İş şərtləri
  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş yeri: Şəmkir filialı
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, “Əməliyyatçı (Şəmkir filialı) qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
Son xəbərlər
Digər xəbərlər