10 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniya 1 funtluq dəyirmi qəpik ilə vidalaşır

1 funt sterlinq nominalında olan qəpiklərin demək olar ki, üçdə bir hissədi saxtadır.

Banker.az xəbər verir ki, məhz buna görə Böyük Britaniya rəhbərliyi sözügedən bu qəpikləri dövriyyədən çıxarmaq qərarına gəlib. Britaniyalıların onları təhvil vermək və onları yeni pullarla əvəz etmək üçün 1 həftədən də az vaxtları var.

Beləliklə, Böyük Britaniya xəzinədarlığı 15 oktyabra qədər köhnə 1 funt sterlinq nominallı qəpiklərdən imtina edəcək. Köhnə dəyirmi qəpiklərin əvəzinə dövriyyəyə eyni nominallı 12 künclü qəpiklər buraxılacaq. Bu yeni qəpiklər ağ və sarı metaldan hazırlanıb.

1983-cü ilin 21 aprel tarixindən buraxılan dəyirmi 1 funt sterlinq hələ ki, bütün Böyük Britaniya ərazisində qanuni ödəniş vasitəsidir.

Verilən məlumatlara görə, artıq britaniyalılar 1,2 milyard qəpiyi təhvil verib.

Qeyd edək ki, yeni 1 funt sterlinqləri saxtalaşdırılmağa qarşı ən təhlükəsiz hesab edirlər.

Son xəbərlər
Digər xəbərlər