10 C
Baku
Thursday, December 12, 2024

Kredit risklərinin idarə edilməsi şöbəsinə Mütəxəssisi – Bank Respublika ASC

“Bank Respublika” ASC Risklərin idarəedilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Tələblər:

• Ali iqtisadi/riyazi təhsil;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir (Excel proqramı əla səviyyədə olan, habelə Eviews proqramında işləməyi bacaran namizədlərə üstünlük veriləcək);
• Analitik düşünmə qabiliyyəti;
• Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• Kredit sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı.

Öhdəliklər:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak;
• Kredit riskləri üzrə hesabatlığın hazırlanmasında iştirak;
• Kredit risklərinin idarəedilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi.

Uğyun namizədlərdən CV-lərini mövzu sətrində  “Kredit riskləri üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 10 noyabr 2017-ci il.

Son xəbərlər
Digər xəbərlər