Hərracda manata təlabat kəskin artdı

Bu gün, 16 oktyabr tarixdə, Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən Banker.az-a verilən xəbərə görə, tələb 636,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 3,2 dəfə üstələyib.

Xatırladaq ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər