SOCAR tərəfindən bu ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib.
Şirkətdən Banker.az-a bildirilib ki, ümumiyyətlə cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur.
Bundan əlavə, cari ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülüb. Bu ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4,9 faiz çoxdur.