19 C
Baku
Friday, May 3, 2024

“Təlim və inkişaf şöbəsi”nin rəisi – RabitaBank

“Təlim və inkişaf şöbəsi”nin rəisi

Əsas vəzifələr:

  • Bankın təlim və inkişaf strategiyasının müəyyən edilməsində iştirak etmək;
  • Bankın təlim mərkəzinin fəaliyyətini qurmaq, idarə etmək və təkmilləşdirilmək;
  • Bank daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edərək əməkdaşlar (o cümlədən menecment) üçün təlim və inkişaf proqramlarını hazırlamaq və tətbiqini təmin etmək;
  • Keçirilmiş təlimlərin effektivliyinin ölçülməsinə dair qiymətləndirmə sistemini yaratmaq;
  • Təlim planı üzrə nəzərdə tutulmuş müəyyən təlimləri aparmaq;

Tələblər:

  • Ali təhsil;
  • Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (iri təşkilatlarda iş təcrübəsinə üstünlük verilir);
  • Lahiyələrin və tədbirlərin təşkili və idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Təlimçi kimi təcrübəyə malik olmalı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər