Bu ilin avqust ayında Azərbaycanda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Orta dərəcə manatla kreditlərdə illik 9,18%-dən 8,44%-ə enib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.
Bu müddətdə xarici valyutada orta faiz dərəcəsi isə əksinə, yüksəlib və 9,73%-dən 9,76%-ə artıb.
Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,45% olmaqla 180-360 günlük kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,19% olmaqla 30 günədək kreditlərdə olub.