Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.
“Hörmətli cənab Jeenbekov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.” – deyə Prezidentin məktubunda deyilir.
Qeyd edək ki, oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib. Bu da Jeenbekovun prezident kürsüsünə əyləşməyə yetərli sayılır.
Xatırladaq ki, Qırğızıstan bundan öncəki prezidenti Almazbek Atambayev idi.