7 C
Baku
Sunday, December 15, 2024

OPEC ölkələri 2 il ərzində 1 trilyon dollardan çox vəsait itirib

OPEC ölkələri 2015 və 2016-cı illər ərzində neft qiymətlərinin enməsi səbəbindən ixracdan gələn gəlirə görə 1 trilyon dollardan çox zərərlə üzləşib.

Banker.az xəbər verir ki, bu məlumatı illik KOGS 2017 neft-qaz konfransı çərçivəsində çıxışı zamanı OPEC təşkilatının baş katibi Muhammad Barkindo verib.

“Son iki il ərzində (2015 və 2016) nəinki bu sahədə investisiyaların azalmasını, həmçinin neftdən gələn gəlirinin enməsini (neft qiymətlərinin enməsinə görə) də müşahidə etdik. OPEC ölkələri ümumi olaraq bu dövr ərzində 1 trilyon dollardan çox vəsait itirdi” – Barkindo deyib.

Qeyd edək ki, neft qiymətləri 2014-cü ilin payızından enməyə başladı. Elə həmin ilin yayında neft qiymətləri müəyyən dövr ərzində 1 barrelə görə 100 dollar səviyyəsinə çatmışdı.

Qiymətlərin enməsinin ən pik nöqtəsi 2015-ci ilin fevralında, 1 barrelə görə 28 dollar olduqda qeydə alınmışdı. Ekspertlərin qiymətləndirməsinə görə, 2015-2016-cı illərdə neft hasilatı ilə məşğul olan sahədə investisiyalar iki dəfə enmişdi.

Son xəbərlər
Digər xəbərlər