10 C
Baku
Thursday, December 12, 2024

SoftBank yaxın günlərdə T-Mobile-ı əldə edəcək

Yaponiyanın mobil operatoru olan Softbank T-Mobile-ı əldə etməyə hazırlaşır. Bundan əvvəl şirkət onun əsas rəqibi Sprint Nextel-i əldə etmişdi və indi o ABŞ bazarında ən nəhəng oyunçulardan birinə çevriləcək.

Yaponiyanın Nikkei xəbər agentliyinin verdiyi xəbərə görə, müqavilənin imzalanmasına cəmi bir neçə gün qalıb və onun dəyəri 19 milyard dollar ola bilər. Bununla yanaşı tərəflər arasında razılaşma artıq son mərhələdədir.

Softbank yeni səhmlərin qiymətini Sprint Nextel şirkətinin səhmləri ilə və böyük banklardan kredit götürərək ödəməyə hazırdır. Lakin Deutche Bank müqavilə üçün müəyyən edilmiş məbləğin nağd olaraq ödənilməsinə təkid edir.

Qeyd edək ki, SoftBank 21,6 milyard dollar ödəyərək Sprint Nextel şirkətində pay əldə etmiş və onun 78% səhmləri üzərində idarəetmə qazanmışdır. Beləliklə, ABŞ-da səhm almaq üçün xərclənən vəsaitlərin ümumi həcmi 40 milyard dollara çata bilər. Bütün bunlardan sonra, T-Mobile və Sprint Nextel-in ümumi abonent bazası 100 milyon nəfər təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər