Bəzi Qətər bankları başda S.Ərəbistanı olmaqla yaradılmış birliyin bu ölkəyə tətbiq etdiyi sanksiyalar fonunda xarici kreditorlara dollar satışını azaldıb.
“Bloomberg” agentliyinə istinadən, yerli və beynəlxalq banklar arasında valyuta əməliyyatları dayandırılıb.
Qətər Mərkəzi Bankı yerli kreditorlara daxili bizneslərini təmin etmək üçün dolları rəsmi məzənnə – 3,64 rialdan satsa da, idxalı maliyyələşdirmək üçün lazım olan dollar vəsaitini xarici banklar ofşor bazarlardan alır. Burada isə məzənnə oktyabrın 16-da 3,80 QAR/USD-yə yüksələrək son 29 ilin maksimumuna çatıb.
Yaxın Şərqin ən böyük Mərkəzi Bankı olan “Qatar Nationbal Bank” isə “Bloomberg” agentliyinə xəbəri təkzib edib. Bankın rəhbəri Abdulla bin Səud əl-Tani bildirib ki, aparılan son stress-testlər bank sektorunun güclü və effektiv olduğunu göstərib.