Ümumi məlumatKapital Bank namizədləri Satışlara Dəstək Şöbəsində Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Filial şəbəkəsində Xidmət bölmələrinin ümumi işinə nəzarətin təşkil edilməsi;
- Xidmət bölmələrinin işinin effektiv təşkilinə tələb olunan dəstəyin göstərilməsi;
- Xidmət keyfiyyətinin artırılması istiqamətində təhlil aparılması və təkliflərin verilməsi.
Tələblər
- İqtisadi sahədə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təhliletmə və problem həlletmə qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;
- Bank xidməti sahəsində 3 illik iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə MS Exceldə yüksək işləmə qabiliyyəti.
Vakansiya ilə maraqlanan şəxslər mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvaına göndərə bilərlər.