“Muğanbank” ASC 2017-ci ilin 3-cü rübünə olan maliyyə göstəricilərini açıqlayıb.
Banker.az bu barədə Bankın açıqladığı göstəricilərə istinadən xəbər verir.
Məlumata görə Bankın cəmi aktivləri 2-ci rüblə müqayisədə artaraq 423,92 mln. manat olsada ilin ilk rübü ilə müqayisə də 8,9% azdır.
Hesabat dövrünün göstəricilərinə əsasən bankın cəmi kapitalında da azalma müşahidə edilir. Belə ki, cari ilin ilk rübü ilə müqayisədə “Muğanbank”ın cəmi kapitalı 8% azalaraq 58,66 mln manata düşüb.
Bankın ürəkaçamayan göstəriclərindən biri də “Mənfəət və zərərlər hesbatı” hissəsindədir. Belə ki, adıçəkilən bankın zərəri bu rübü 4,6 mln. manat zərərlə bitirib.
Banka cəlb olunan vəsaitlərin həcmi ötən rüblə müqayisədə artsa da ilin ilk rübü ilə müqayisədə aşağıdır. Qeyd edək ki, bu rüb bankın portifeli 186 mln. manat olub. Bu rəqəm ilin əvvəlində 198,5 mln. manat civarında olmuşdu. Məlumat üçün bildirək ki, bu rəqəmlər 2016-nın 3-rübündə 207,65 mln. manata yaxın idi